Yola çıxan at qəzaya səbəb oldu - Qadın xəsarət alıb


10:17     20 Oktyabr 2018 2018/10/373745745886897hh_1540016352.jpg

Qax rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.


Femida.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Zərnə kəndi ərazisindən keçən hissəsində olub.

Yerli sakin Elbrus Əfəndiyev idarə etdiyi "34-BG-126" dövlət qeydiyyat nişanlı "VAZ-2109" markalı avtomobillə Zaqataladan Qax istiqamətində hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Nəticədə sürücünün həyat yoldaşı Həyat Əfəndiyeva aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya səbəb olan at bundan əvvəl həmin yolla hərəkətdə olan "Ford" markalı avtomobilin qarşısına da çıxıb və maşın nəticədə yoldan çıxaraq aşıb.

Sonuncu qəza zamanı heyvan hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #At   #Qax   #Zaqatala  

Oxunub: 1043