Gömrükdə növbəti siqaret əməliyyatı
11:11 20 Oktyabr 2018
Gömrük əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.
DGK-dan Femida.az-a verilən xəbərə görə, aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Hyundai Excel" markalı avtomobil Bakı şəhəri, Xətai rayon ərazisində saxlanılıb.
Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı, orada siqaretlərin olduğu müəyyən edilib. Daha sonra Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilən avtomobilə təkrar baxış keçirilib.
Yoxlama zamanı, avtomobilin salonunda 2 ədəd karton qutuda üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 9080 ədəd müxtəlif adda siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Oxunub: 401
Oxşar xəbərlər
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
- Gömrükdə narkotik vasitə və psixotrop maddələr aşkarlandı - VİDEO
- Gömrükdəki vəzifəli şəxslərə birdəfəlik müavinət verilməsi qaydası dəyişir
- Gömrükdə külli miqdarda pirotexniki vasitələr saxlanıldı
- Gömrükdəki yeniliklərlə bağlı ən çox verilən sualların - Cavabları
- Gömrükdə külli miqdarda narkotik aşkarlandı
- Gömrükdə qaçaqmalçılığın qarşısı alındı