Narkotik alverçisi olan 2 yeniyetmə tutuldu
11:24 20 Oktyabr 2018
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsi şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Aydın Mehrəliyev saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış zamanı, oradan olan sellofan torbada təmiz çəkisi 190 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsi şübhəli bilinən iki yeniyetmə, 16 yaşlı N.B və 17 yaşlı M.M şəxslər saxlanılıb. Onlar üzərinə baxış zamanı N.B-dan 0.265 qram və M.M-dən 0.5 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktlarla bağlı Quba RPŞ-də araşdırma aparılır.
Femida.az
Oxunub: 393
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb