Daha bir avtobus qəzası - Ölən var


12:04     20 Oktyabr 2018 avtobus%20qeza2.jpg

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub.

Ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev hadisə yerində ölüb. Məlumata görə, hadisəni törədən avtobus İ-Qafqaz MMC şirkətinə məxsusdur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 498