600 kq at əti müsadirə edildi

600 kq at əti müsadirə edildi


15:28     20 Oktyabr 2018 18_10_20_1540026526.jpg


Qida təhlükəsizliyi Agentliyi və DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Bərdə rayonunda əməliyyat keçirilib.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı rayon sakini 1987-ci il təvəllüdlü Alim Məmmədov və 1976-cı il təvəllüdlü Teymur Bağırov saxlanılıb. Onların həyətindəki yarımtikilidən 600 kiloqram at əti və 2 ədəd kəsilməkdə olan xəstə at aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ümumiyyətlə, agentlik tərəfindən qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir. Sözügedən faktla bağlı hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı dəqiq və dolğun məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 179