BMT baş katibi Qaşıqçıyla bağlı çağırış etdi

BMT baş katibi Qaşıqçıyla bağlı çağırış etdi


16:24     20 Oktyabr 2018 Antonio-Guterres.jpg

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş səudiyyəli jurnalist Camal Qaşıqçının ölümündən dərin üzüntü duyduğunu bildirib.



BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik Qaşıqçının ölümünün təsdiqlənməsindən sonra mövzu ilə bağlı yazılı bəyanat verib. Quterreşin Qaşıqçının ölümündən dərin kədər duyduğunu, ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verdiyini bildirən Düjarrik BMT baş katibinin Camal Qaşıqçının ölümünə dair sürətli, hərtərəfli və şəffaf istintaq aparılması, cinayətkarların məsuliyyətə cəlb olunmasına çağırdığını qeyd edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Qaşıqçının İstanbuldakı baş konsulluq binasında baş verən qarşıdurma nəticəsində öldüyünü açıqlamışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 186