Sürüşmə zonasında uçqunlar baş verir - İndiyə olan məlumat
13:21 20 Oktyabr 2018
Badamdarda sürüşmə zonasında monitorinqlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Femida.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.
Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.
Femida.az
Oxunub: 440
Oxşar xəbərlər
- Sürüşmə zonasında yeni çatlar yarandı - Nazirlikdən açıqlama
- Sürüşmə zonasında vəziyyət necədir?
- Sürüşmə zonasında artım qeydə alınıb – Qərargah
- Sürüşmə zonasında yeni çatlar yaranıb
- Sürüşmə zonasında çatlar genişlənir
- Sürüşmə zonasında çatlarda genişlənmə var
- Sürüşmə zonasındakı son vəziyyət
- Sürüşmə zonasında çatlar böyüyüb
- Sürüşmə sahəsində aktivlik davam edir
- Sürüşmə fərdi tikililərə doğru irəliləyir