Şəmkirdə yol qəzası - Ölən var

Şəmkirdə yol qəzası - Ölən var


13:30     20 Oktyabr 2018 avtomobil%20qezasi%20(11).jpg


Şəmkir rayonunun yol qəzası baş verib.

Femida.az-ın Report-a istinadən məlumatına görə hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Lada Priora" markalı minik avtomobilləri toqquşub. Nəticədə Şəmkir rayonunun Zəyəm kənd sakini, 1931-ci il təvəllüdlü Hacı Musayev və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Gülnar Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, H.Musayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 169