Milli valyutada olan əmanətlər artıb


16:50     20 Oktyabr 2018 Manati_new.jpg

Mərkəzi Bankın məlumatına görə, sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 8020,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Femida.az-a bildirilib ki, əmanətlərin 63,0 faizi xarici, 37,0 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,5 faiz artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 391