Ordumuzun raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR


19:27     20 Oktyabr 2018 18_10_20_1540049346.jpg

Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilir.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə artilleriya bölmələri marş icra etmə, cəmləşmə rayonlarına çıxma, atəş və start mövqelərini tutma, döyüş atışlarının icrası və digər tapşırıqların yerinə yetirilməsi üzrə məşqlər edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 655