Kabildə seçki günü 3 partlayış - 15 ölü, 110 yaralı

Kabildə seçki günü 3 partlayış - 15 ölü, 110 yaralı


20:45     20 Oktyabr 2018 18_10_20_1540050376.jpg

Əfqanıstanın paytaxtı Kabildə parlament seçkiləri günü silsilə partlayışlar olub.

Femida.az xəbər verir ki, ölkənin DİN nümayəndəsi şəhərin müxtəlif rayonlarında üç partlayışın olduğunu bildirib. Onun sözlərinə görə, partlayışlar seçki məntəqələrinin yaxınlığında baş verib.

İtaliyanın “Emergency” qeyri-hökumət təşkilatı Kabuldakı partlayışla bağlı məlumat yayıb. Bildirilir ki, cərrahiyyə mərkəzinə 30 yaralı, o cümlədən uşaq gətirilib. Azyaşlı daha sonra dünyasını dəyişib.

***

Əfqanıstanda terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 15, yaralıların sayı isə 110 nəfər olub.

Açar sözlər:

Oxunub: 163