Sürüşmə zonasındakı son vəziyyət


21:57     20 Oktyabr 2018 Badamdarda-surushme.jpg

Badamdarda sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə nisbi gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Femida.az-a verilən məlumata görə, sürüşmə kütləsi üzərində ara-sıra kütlə üzərində asılı süxur qırıntıları yamac boyu aşağıya doğru hərəkət edir.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 468