İmişlidə vəzifəli şəxsin cəsədi tapıldı


10:23     21 Oktyabr 2018 meyit%20mese.jpg

İmişli rayonunda kişi meyiti tapılıb.

Femida.az Report-a istinadən xəbər verir ki, səhər saatlarında rayonun Şahverdilər kəndi ərazisində kişi cəsədi aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırma nəticəsində tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

Bu əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddətdir, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Femida.az

Açar sözlər:

Oxunub: 4789