Bu idarəyə limitsiz avtomobil almaq hüququ verildi
11:08 21 Oktyabr 2018
Nazirlər Kabineti 2011-ci il 18 iyul tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə — “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 56-cı hissəsini ləğv edib.
Femida.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi limiti (say həddi 3 avtomobil idi — red) ləğv edilib.
Qərarla həmçinin Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 22 iyun tarixli qərarının 1-ci hissəsi (Büdcədən maliyyələşdirilən qurumlar) ləğv olunub.
Femida.az
Oxunub: 4723
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir