Erməni deputatlar müdafiə nazirinə plan təqdim etdi - Qarabağa dair

Erməni deputatlar müdafiə nazirinə plan təqdim etdi - Qarabağa dair


12:27     21 Oktyabr 2018 18_10_21_1540109606.jpg

Ermənistan Milli Məclisinin Respublika partiyasından olan dörd deputatı-Karen Bekaryan, Miqran Akopyan, Samvel Farmanyan və Arman Saqatelyan ötən gün oktyabrın 20-də müdafiə naziinin səlahiyyətlərini icra edən David Tonoyanla görüşərək Qarabağa dair plan təqdim ediblər.

Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Karen Bekaryan özünün Facebook səhifəsində məlumat verib.

“Razılaşmaya əsasən biz bu gün Miqran Akopyan, Samvel Farmanyan və Arman Saqatelyanla birlikdə müdafiə naziri David Tonoyanla görüşdük. Təmas xəttində operativ reaksiya üçün informasiya sisteminin yaradılmasına dair ideya-təkliflər paketimizi təqdim etdik, habelə nazirin Ermənistan-Azərbaycan sərhədi boyu və Qarabağdakı təmas xəttindəki vəziyyət barədə müşahidələri ilə tanış olduq”-deputat bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 724