Nazirlikdən sürüşmə ilə bağlı növbəti AÇIQLAMA

Nazirlikdən sürüşmə ilə bağlı növbəti AÇIQLAMA


12:48     21 Oktyabr 2018 18_10_21_1540111799.jpg

Badamdarda sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Femida.az-a bildirilib ki, saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir.

"Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müsahidə edilib. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb", - deyə məlumatda qeyd edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 189