Gürcüstan kişiləri qırılır: Qeyri-infeksion xəstəliklərdən


15:16     21 Oktyabr 2018 xestexana_01254.jpg

Gürcüstan kişilərin qeyri-infeksion xəstəliklərdən ölüm faktına görə dünyada ilk onluğa düşüb.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstanda qeyri-infeksion xəstəliklərdən ölən kişilər əsasən 30-70 yaş arasındadır. Ölkə bu göstərici ilə dünyada 8-ci yerdədir.

Birinci 3 yeri Monqolustan, Fici və Qazaxıstan tutur.

Jurnalın məlumatına görə, alimlər 180 ölkədə xərçəng, şəkərli diabet, ürək-damar və nəfəs yollarının iltihabından ölüm hallarının artım dinamikasını öyrəniblər. Bu ölkələrdə həmin xəstəliklərdən ölən kişilər əhalinin 34,9 faizini, qadınlar isə 15,9 faizini təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 744