Qəza zamanı maşın yanıb - Xəsarət alanlar var

Qəza zamanı maşın yanıb - Xəsarət alanlar var


15:25     21 Oktyabr 2018 yangin_masin_456.jpg

Astara rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az Report-a istinadən bildirir ki, hadisə Lənkəran-Şahağacı-Astara yolunun Şahağacı kəndi ərazisindən keçən hissəsində qeydə lınıb.

1995-ci il təvəllüdlü Astara şəhər sakini Şərbətzadə Fərid Fəqan oğlunun idarə etdiyi "Mercedes" markalı "10-RS-688" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini divara vurub. Bundan sonra maşında yanğın baş verib. Avtomobil yanıb. Nəticədə sürücü və daha iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Vəziyyəti daha ağır olan sürücü, həmçinin sərnişinlərdən biri - 1995-ci il təvəllüdlü Rəsulov Ələkbər Fərhad oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı isə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 156