Sürüşmə zonasında çatlar genişlənir

Sürüşmə zonasında çatlar genişlənir


15:50     21 Oktyabr 2018 Badamdarda-surushme.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan Femida.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Bildirilib ki, sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və qruntun yerdəyişməsi müşahidə edilir.

Bundan əlavə, sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 164