Sumqayıtda güclü yanğın olub


16:33     11 Oktyabr 2015 azvisionyangin066.jpg

Sumqayıt şəhərində sahibi məlum olmayan, ümumi sahəsi 500 kv.m olan taxta satışı bazarının ərazisində 200 kv.m sahəyə yığılmış 80 kub.m taxta materialları yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 597