Badamdar son vəziyyət: yeni çatlar yaranıb


10:10     22 Oktyabr 2018 2018/10/bayil-badamdard_1539766697.jpg

Bakının Səbail rayonunda, Badamdar sürüşmə zonasında çoxlu yeni çatlar yaranıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir.

Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir.

Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 323