Daşınmaz əmlakın səyyar qeydiyyatı Ələtdə
11:22 22 Oktyabr 2018
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını təmin edərək daşınmaz əmlakın qeydiyyat xidmətlərini əlçatan formada göstərməkdə davam edir.
Komitədən Femida.az-a verilən məlumata görə, hər həftə ayrı-ayrı yerlərdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının budəfəki ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsidir. Sosial aksiyanın təklif etdiyi bütün imkanlardan yararlanmaq istəyən vətəndaşlar 22-26 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər komitənin mobil ofislərinə yaxınlaşa bilər.
lət qəsəbəsi, Dəmiryolçular küçəsi 8 ünvanında yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.
Qeyd edək ki, yeni və müasir avadanlıqların tətbiqi ilə xidmətlər ərazi idarəsi ilə əlaqə yaratmaqla həyata keçirilir. Bütün qeydiyyat xidmətlərinin struktur bölmələrdə olduğu kimi səyyar ofisdə göstərilməsi vətəndaşların daha sürətli və operativ formada mülkiyyət hüququndan istifadəsinə şərait yaradır. Yenilənmiş mobil xidmət məkanı isə eyni anda xidmətlərdən daha çox sakinin istifadə etməsinə imkan verir. Komitə əməkdaşları tərəfindən səyyar xidmətlərin göstərilməsi və hüquqi məsləhətlərin verilməsində yeniliklərin tətbiqi birbaşa vətəndaş məmnunluğunun təminatına yönəlib.
Femida.az
Oxunub: 520
Oxşar xəbərlər
- Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq?
- Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq
- Daşınmaz əmlaka sərəncam verilməsində depozit hesabından istifadənin üstünlükləri və təminatları
- Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq
- Daşınmaz əmlaka dair məlumatlar indi “myGov”-da
- Daşınmaz əmlakın alqı-satqı prosesini bu yolla vaxt itirmədən APARIN - QANUN
- Daşınmaz əmlak çıxarışları yalnız elektron qaydada veriləcək
- Daşınmaz dövlət əmlakı ilə bağlı yenilik
- Daşınmaz əmlakın səyyar qeydiyyatı Güzdəkdə
- Daşınmaz əmlak kreditləri manatla veriləcək