Küçədə 0,5 litr civə tapıldı


12:37     22 Oktyabr 2018 cive_220714_2.jpg

Bakıda zibillikdə külli miqdarda civə aşkarlanıb.



Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Rayonun 80 saylı MKİS-inin sahə nəzarətçisi, 1966-cı il təvəllüdlü Əzizov Teyyub Əmirxan oğlu Binəqədi rayonu, S.Sani Axundov küçəsi, 3 ünvanının qarşısında təmizlik işləri apararkən içərisində civə olan 0,5 litrlik şüşə qab aşkarlayıb.

O, dərhal hadisə barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat verib.

Polis əməkdaşları hadisə yerinə gələrək 0,5 litrlik civəni müvafiq qaydada qablaşdıraraq götürüb.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 479