İki gündə 220 cinayət törədilib - KRİMXRONİKA


12:40     22 Oktyabr 2018 omurluk%20hebs.jpg

Ötən həftənin sonu respublikanın daxili işlər orqanları tərəfindən 220 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb.


DİN-dən Femida.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 268