Belarusda prezident seçkiləri keçirilir


17:18     11 Oktyabr 2015 big_1419494660_secki.jpg

Bu gün Belarusda prezident seçkiləri keçirilir.


Femida.az xəbər verir ki, səhər saat 8-dən seçki məntəqələri açılıb. Seçkiləri 900 beynəlxalq müşahidəçi izləyir.

Ölkə müxalifəti seçkini baykot etməyə çağırıb. Müxalifət saxta seçki nəticəsində hazırki prezident Lukaşenkonun qalib gələcəyini iddia edir.

Qeyd edək ki, Lukaşenko seçkidə qalib gələcəyi halda beşinci dəfə Belarus prezidenti olacaq.

Açar sözlər:

Oxunub: 946