Bakıda torpağa narkotik basdıran kimdir?
12:58 22 Oktyabr 2018
Daxili işlər orqanları tərəfindən narkotik vasitələtin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
DİN-dən Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram narkotik vasitə olan heroini satmaq istəyən zaman saxlanılıblar.
Əməliyyat tədbirlərinin davamı olaraq M.Barıyevin Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırılmış 2 kiloqram 76 qram narkotik vasitə tiryək də aşkar olunaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələr F.Mirzəyev tərəfindən qanunsuz yolla İrandan ölkəmizə gətirilib. Bundan sonra o, M.Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərək satmağa çalışıblar.
Faktla bağlı 6-cı Polis Bölməsində toplanan material araşdırlması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Femida.az
Oxunub: 965
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb