İmişlidə Bayraq Muzeyi istifadəyə verilib
13:10 22 Oktyabr 2018
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə və xəsarətlə nəticələnmiş yol qəzaları törədərək hadisə yerindən yayınan sürücülər müəyyən edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, oktyabrın 19-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yolu keçən piyadanın müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində ölməsi barədə 10-cu polis bölməsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və həmin şəxsin qəsəbə sakini Süleyman Nəbiyev olduğu müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən “Daewoo” markalı 211 saylı xətt avtobusunun sürücüsü, Bakı şəhər sakini Fərhad Ağayev müəyyən edilərək saxlanılıb.
Oktyabrın 20-də saat 20 radələrində Abşeron rayon Polis idarəsinə Saray qəsəbəsi ərazisində yolu keçən Sumqayıt şəhər sakini Malik Həbibovun müəyyən edilməmiş avtomobillə vurulması və aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanın “Mitsibishi” markalı avtomobillə törədildiyi, sürücünün isə hadisə yerindən yayındığı müəyyən edilib.
Görülmüş tədbirlərlə Bakı şəhər sakini Vüqar Cumayev polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Femida.az
Oxunub: 376
Oxşar xəbərlər
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
- İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
- İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb
- İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var
- İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
- İmişlidə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
- İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- İmişlidə avtomobil su kanalına düşüb, ölən var
- İmişlidə brakonyerliyə qarşı reyd keçirilib