DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ


13:30     22 Oktyabr 2018 18_10_22_1540200549.jpg


Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin "facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi "facebook”, "twitter” və "youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.

Femida.az

Açar sözlər: #DTX   #facebook  

Oxunub: 1092