Azərbaycanlı hakim Almaniya nəhənginin oyununa təyinat aldı

Azərbaycanlı hakim Almaniya nəhənginin oyununa təyinat aldı


13:34     22 Oktyabr 2018 18_10_22_1540200872.jpg


Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Femida.az xəbər verir ki, Avropa Liqasının A qrupunda oktyabrın 25-də keçiriləcək "Sürix" (İsveçrə) - "Bayer" (Leverkuzen, Almaniya) oyununu Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Femida.az

Açar sözlər: #futbol   #Avroliqa  

Oxunub: 379