SON DƏQİQƏ: Əsgər hərbi hissədən qaçıb,insanları girov götürdü + VİDEO

SON DƏQİQƏ: Əsgər hərbi hissədən qaçıb,insanları girov götürdü + VİDEO


13:42     22 Oktyabr 2018 18_10_22_1540201769.jpg

Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb.


Femida.az “NTV” televiziyasına istinadən xəbər verir ki, fərari hərbçi qaçan zaman özü ilə “G3” markalı tüfəngini də götürüb.

Hələlik kimliyi açıqlanmayan hərbçi daha sonra ticarət mərkəzinə basqın edərək orada işləyənləri girov götürüb. Ticarət mərkəzinə giriş-çıxış bağlanıb.

Hadisə yerinə çox sayda polis, jandarma qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Təhlükəsizlik qüvvələri girovları azad etməsi və təslim olması üçün silahlı hərbçi ilə danışıqlar aparırlar.

Hadisənin səbəbi məlum deyil.

Türkiyənin Qaziantep şəhərində ticarət mərkəzinə girən fərari əsgər girovları sərbəst buraxıb, özü isə təslim olub.Hadisə ilə bağlı əməliyyat yarım saat çəkib.

Fərari əsgər hüquq-mühafizə orqanlarına aparılıb.


Açar sözlər: #tÜRKİYƏ   #əsgər   #video  

Oxunub: 9882