Elmar Vəliyevin oğlu istefa verdi

Elmar Vəliyevin oğlu istefa verdi


15:41     22 Oktyabr 2018 18_10_22_1540208527.jpg


Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev "Kəpəz" Peşəkar Futbol Klubunun İdarə Heyətinin sədri vəzifəsindən istefa verib.

Femida.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi.

E.Vəliyev istefasını işlərinin çoxluğu ilə əlaqələndirib. Onun yerinə hələ ki təyinat yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 1032