Paşinyandan Putinlə bağlı gözlənilməz ETİRAF

Paşinyandan Putinlə bağlı gözlənilməz ETİRAF


16:45     22 Oktyabr 2018 18_10_22_1540212412.jpg


“Rusiya prezidenti Vladimir Putinlə aramızda qarşılıqlı inam atmosferi mövcuddur”.

Femida.az Sputnik-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan iddia edib.

"Mən bu barədə əvvəl də danışmışdım. Bizim və mənim tərəfdaşlarımızla əlaqələrimiz birbaşa və çox açıqdır. Mən çox şadam ki, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, bizim tərəfdaşlarımızla münasibətlərimizdə qarşılıqlı inam atmosferi formalaşıb" — deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, amma bu, onların hər şeylə bağlı eyni mövqedə olması və onların hər şey barədə razılaşması anlamına gəlmir.

Femida.az

Açar sözlər: #Putin   #Paşinyan  

Oxunub: 949