İlham Əliyev İmişliyə pul ayırdı

İlham Əliyev İmişliyə pul ayırdı


18:15     22 Oktyabr 2018 prezident1_1500905288.jpg

Prezident İlham Əliyev İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncama əsasən, İmişli şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 160