Daha bir qanunsuz ağac kəsimi aşkarlanıb
22:18 22 Oktyabr 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Yevlax rayonu ərazisində "Kamaz" markalı 20 DC 991 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 26,6 m3 həcmində fıstıq cinsli işlik meşə materialı aşkar edilib.
Faktla bağlı avtomobilin sahibi Oğuz rayon sakini Vüqar Məmmədov barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2832,90 manat məbləğində ziyan tətbiq olunub.
Femida.az
Oxunub: 364
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb