Fransa XİN: Qondarma DQR-i tanımırıq, Dostluq Xartiyasını qəbul etmirik

Fransa XİN: "Qondarma "DQR"-i tanımırıq, "Dostluq Xartiyası"nı qəbul etmirik"


09:08     23 Oktyabr 2018 18_10_23_1540271703.jpg


Fransa dövləti Sent-Etyen şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı erməni separatçıları arasında imzalanan “Dostluq xartiyası”nı qəbul etmir.

Femida.az xəbər verir ki, bu barədə Report-a Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır və Sent-Etyen şəhəri ilə "DQR" arasında imzalanan “Dostluq Xartiyasını”-nı qəbul etmir, - deyə XİN-dən əlavə olunub.

Femida.az

Açar sözlər: #XİN   #Fransa   #siyasət   #Qarabağ   #Ermənistan  

Oxunub: 386