Bu köpəyin başını mənə gətirin...- Gizli səs yazısı Türkiyə kəşfiyyatının əlində +VİDEO

"Bu köpəyin başını mənə gətirin..."- Gizli səs yazısı Türkiyə kəşfiyyatının əlində +VİDEO


10:02     23 Oktyabr 2018 18_10_23_1540275126.jpg

Səudiyyəli köşə yazarı Camal Haşoqqinin (Qaşıqçı) qətlini sifariş verən şəxslə bağlı iddialar yayılıb.


Femida.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə onun qətlinin sifarişçisi vəliəhd şahzadə Məhəmməd ibn Salman əl Səudun müşaviri Kahtanidir.


Türkiyə mediasının yazdığına görə, Kathani İstanbul Baş konsulluğuna zəng edərək əvvəlcə Camal Haşoqqini təhqir edib, sonra da öldürülməsi ilə bağlı əmr verib.

Xəbərdə bildirilir ki, Səud əl-Kathani "Skype" ilə baş konsulluğa zəng edərək: "Mənə bu köpəyin kəlləsini gətirin", - deyib.




İddianı yayan "Reuters" agentliyi həmin danışığın səs yazısının Türkiyə Kəşfiyyat İdarəsində olduğunu qeyd edib.


Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı islahatçılar və müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.




Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.

Açar sözlər: #Kaşıkçı   #video   #qətl   #Türkiyə   #Səudiyyə  

Oxunub: 1389