Fərdi uçot sistemində 3,7 milyon nəfər qeydiyyatdadır


10:36     23 Oktyabr 2018 2018/10/siqorta-haqqi_1540276756.jpg


2018-ci il 1 oktyabr tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 690 120 nəfər təşkil edir.

Femida.az ƏƏSMN-ə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü (3 528 466 nəfər) ilə müqayisədə 161 654 nəfər və ya 4,6 faiz çoxdur.

Fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayının çoxalması sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasının nəticəsidir. Sistemdə qeydiyyata alınan hər bir şəxs gələcəkdə pensiya təminatı hüququna malik olmaq üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə sığortaolunanlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalları barədə məlumat əldə edə, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət edə blirlər.

Sığortaolunanların fərdi şəxsi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərək artırılması təmin olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 573