Sürüşmə zonasında artım qeydə alınıb – Qərargah

Sürüşmə zonasında artım qeydə alınıb – Qərargah


11:10     23 Oktyabr 2018 surusme%20zonasi.PNG

Badamdardakı sürüşmə ərazisində nisbi artım qeydə alınıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Femida.az-a verilən məlumata görə, bu gün saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə zonasında nisbi gərginlik qalmaqdadır.

Sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 202