Nazir vətəndaşlarla görüş vaxtı dəyişdi


12:00     23 Oktyabr 2018 ramin-quluzade_251115.jpg


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Beyləqan şəhərində Beyləqan, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının sakinləri ilə 23 oktyabr 2018-ci il tarixində nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilərək 24 oktyabr, saat 12:00-a keçirilib.

Femida.az xəbər verir ki, nazir qeyd olunan rayonlar üzrə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Beyləqan rayonunda 02122 53000
İmişli rayonunda 02124 64366
Ağcabədi rayonunda 02127 53232
Füzuli rayonunda 02631 55160
Zərdab rayonunda 02029 64299
Xocavənd rayonu üzrə 02122 35448
Laçın rayonu üzrə 02127 78202

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Femida.az

Açar sözlər: #nazir   #görüş   #Beyləqan  

Oxunub: 403