Substantiv danışıqları davam etdirməyə hazırıq” - Nazir

"Substantiv danışıqları davam etdirməyə hazırıq” - Nazir


13:37     23 Oktyabr 2018 XİN%20Elmar%20Məmmədyarov%20slovaiya.jpg

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli prosesinin başlanması üçün substantiv danışıqları davam etdirməyə hazırdır.



Femida.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Ria Novosti”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, son zamanlar məhz rəsmi Bakı nəticəyə yönəlmiş məsuliyyətli dialoqun irəliləməsinin zəruriliyi barədə mövqeyini dəfələrlə bəyan edib: “Azərbaycan torpaqlarının işğalına sona qoyulması, məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin təhlükəsiz və layiqli şəkildə öz evlərinə qayıtması üçün şərait yaradılmalı, daha sonra isə Azərbaycanın erməni və Azərbaycan icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün özünüidarəetmənin geniş hüquqlarının təmin edilməsinə istiqamətlənən məsuliyyətli dialoqun təşviq edilməsi vacibdir”.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Düşənbədə MDB sammiti çərçivəsində keçirilmiş yüksək səviyyəli danışıqlar Azərbaycanın mənalı dialoqa hazır olduğuna bariz nümunədir: “Təəssüf ki, İrəvanda baş vermiş hakimiyyət dəyişikliyi və bu günə qədər müşahidə olunan sarsıntılar müəyyən dərəcədə prosesi yubadıb. Ümidvarıq ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində və məlum gündəmə əsasən danışıqlar prosesini davam etdirmək üçün siyasi iradə nümayiş etdirəcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 162