Qaşıqçı olayı ilə bağlı daha bir SENSASİYA: Konsulluğun həyətində yandırılan...+VİDEO

Qaşıqçı olayı ilə bağlı daha bir SENSASİYA: Konsulluğun həyətində yandırılan...+VİDEO


14:12     23 Oktyabr 2018 2018/10/1539792078_1539791183_suudi-gazeteci-kasikci-nin-parmaklarinin-11340926_9537_m-1_1540289696.jpg

Oktyabrın 2-də İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçının qətli ilə bağlı sensasion faktlar ortaya çıxnaqda davam edir.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,son məlumatlara görə, oktyabrın 2-də Səudiyyə Ərəbistanının konsulluğunda Camal Haşoqqi qətlə yetiriləndən sonra qatillər dəfələrlə vəliəhd şahzadə Məhəmməd bin Salmanın müşavirlərinə, Ər-Riyada zəng vurublar.

Haberler.com saytının yazdığına görə, qatillər Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin zabitləri idilər və oktyabrın 2-də xüsusi təyyarə ilə Ər-Riyaddan İstanbula gəlmişdilər. Onlar Haşoqqi qətlə yetiriləndən iki saat sonra İstanbulu tərk ediblər.

Haşoqqinin sağ əlinin iki barmağı kəsilərək Ər-Riyada göndərilməkdə məqsəd isə jurnalistin "zərərsizləşdirildiyini" şahzadəyə əyani sübut etmək idi.

Bundan başqa, vəlihəd şahzadə indiyədək dəfələrlə demişdi: "Haqqımda hədyan yazanlar və yayanların barmaqlarını kəsərəm".

Haşoqqinin kəsilmiş barmaqları da Səudiyyə Ərəbistanındakı hakimiyyəti tənqid edən jurnalistin "cəzalandırılması"na dəlalət idi.

Camal Haşoqqinin də qətlə yetirilən gün vəlihəd şahzadənin dəftərxanasına zəng etdiyi bəlli olub.

Türkiyənin xüsusi xidmət orqanları əvvəllər Səudiyyə Ərəbistanının Britaniyadakı səfirliyində çalışmış sabiq diplomat, general-mayor Mahir Əbdül Əziz Mütribin şahzadə Salmana oktyabrın 2-də, Haşoqqi qətlə yetirilən gün 7 dəfə zəng vurduğunu müəyyənləşdiriblər.

General-mayor Mütrib İstanbula göndərilmiş 15 nəfərlik "qətl dəstəsi"nin rəhbəri olub.

O, həmin gün vəliəhd şahzadənin özəl ofisinin rəhbəri Bədr əl Əsakərə də 4 dəfə zəng vurub. Qrupun digər üzvü, polkovnik Mustafa Əl Mədaninin də görüntüləri əldə olunub.




Konsulluq binasına dama-dama köynəkdə girən Mədani iki saat sonra oradan əynində pencək çıxıb. Həmin pencək Haşoqqi konsulluğa girəndə onun əynində idi. Üstəlik, Mədaninin üzündə saxta saqqal vardı: o, müşahidə kameralarına düşəcəyini bildiyindən özünü uzaqdan Haşoqqiyə bənzətməyə çalışırdı.

Reuters-in məlumatına görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın artıq sabiq müşaviri Səud əl Kəhtani jurnalist Haşoqqinin qətlinə fərmanı İstanbula göndərilmiş 15 nəfərlik "qətl dəstəsi"nə Skype vasitəsilə verib.





"O köpəyin, murdar itin kəlləsini qoparın, mənə gətirin", - Kəhtanir deyib.

Əl Arabiya bildirir ki, vəliəhd şahzadə Məhəmməd bin Salman əl Səudun yalnız ona tabe olan "Firqat əl Nəmr" ("Pələng dəstəsi") adlı xüsusi killer qrupu var. Bu qrup Səudiyyə Ərəbistanı ərazisində və xarici ölkələrdə şahzadənin "düşmənlərinin ovlanması" ilə məşğuldur.

Haşoqqiyə işgəncələr verən, sonra onu şaqqalayıb qətlə yetirən 15 nəfrəlik dəstədə yer almış Mahir Əbdül Əziz Mütrib, Məhəmməd əl Zəhrani və Dhara əl Hərbi, Əhməd əl Asiri "Firqat əl Nəmr"in üzvləridir.

Haşoqqinin qətlindən sonra işdən qovulmuş general-mayor Əhməd əl Asiri dəstədə "Cənub pələngi" kimi tanınırdı.

Haşoqqinin qətlinin ertəsi günü Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasının həyətində yüzlərlə sənəd yandırılıb. Bu olay videomüşahidə kameralarına düşüb.



Açar sözlər: #Camal_Kaşıkçı   #Qətl   #Səudiyyə   #Video   #ŞOk_olay  

Oxunub: 1824