Ərdoğandan canlı yayımda İlham Əliyevə təşəkkür

Ərdoğandan canlı yayımda İlham Əliyevə təşəkkür


14:29     23 Oktyabr 2018 2018/10/ERDOGAN-ALIYEV_1540290650.jpg

Bu investisiyanın həyata keçirilməsi məsələsində dostum cənab İlham Əliyevə şəxsim və millətim adına təşəkkür edirəm.


Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı deyib.

“İzmir şəhərində açılışı olan “Star” zavodunun xeyirli olmasını diləyirəm. Ən böyük neft zavodlarından biri kimi fəaliyyət göstərəcək bu zavodla cari kəsirimizi də 1.5 milyard dollar azaldacağıq. Bu layihə bütövlükdə götürüldükdə Azərbaycanın Türkiyəyə qoyduğu 10 milyardlıq investisiya layihəsidir”, - Ərdoğan bildirib.

Açar sözlər:

Oxunub: 257