Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
16:23 23 Oktyabr 2018
Oktyabrın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Femida.az xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri iştirak ediblər. Əvvəlcədən qəbula yazılmış vətəndaşlar fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib.
Müraciətlər, əsasən, mənzil, statusun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub.
Məlumat verilib ki, ölkə əhalisinin həssas təbəqəsi olan, öz doğma yurd-yuvalarından ayrı düşmüş məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı, Sumqayıt şəhərlərində yararsız və qəzalı binalarda yaşayan köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırıqlarının icrası davam etdirilir.
Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.
Femida.az
Oxunub: 578
Oxşar xəbərlər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Magistraturaya boş qalan yerlərə qəbul elan edilib
- Ağ Ev Rusiyanı ABŞ-ın məhbus mübadiləsi təklifini qəbul etməyə çağırıb
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək