"ASAN Xidmət daha bir ilkə imza atdı" -Elnur Niftəliyev


19:06     23 Oktyabr 2018 18_10_23_1540298051.jpg


Sofiyanın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, hazırda danışıqlar aparılır ki, gələcəkdə robot Sofiya iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə "ASAN-xidmət" modelinin təbliği ilə məşğul olsun.

E.Niftəliyev qeyd edib ki, Sofiya 2 gün müddətində "ASAN Xidmət"in qonağı olacaq.

O, eyni zamanda "ASAN Xidmət" modelinin bir çox beynəlxalq müstəvidə tətbiqi ilə bağlı yeniliklər olduğunu bildirdi:

"BMT öz üzv ölkələrinə bu modeli nümunə göstərib. Bu yaxınlarda İSESCO 2019-2021-ci illər üçün açıqladığı fəaliyyət planında üzv ölkələrə "ASAN Xidmət" modelıindən yararlanmağı tövsiyə etdi. Bütün bunların fonunda biz hər zaman ilklərə imza atırıq. Eləcə də Sofiya adlı robotu buna nümunədir. Könülli kimi vətəndaşlarımızla təmasda olacaq".

Femida.az

Açar sözlər: #ASAN   #asan_xidmət  

Oxunub: 2109