Bakıda 14 yaşlı qız eyvandan paltar asarkən yıxıldı

Bakıda 14 yaşlı qız eyvandan paltar asarkən yıxıldı


16:49     23 Oktyabr 2018 18_10_23_1540298981.jpg

Bakıda 14 yaşlı qız eyvandan paltar asarkən yıxılaraq ağır xəsarət alıb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, İsmayılov küçəsi, 3 ünvanında baş verib.

O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyərək bildirib ki, bud sümüyünün sınığı və qarnın küt travması diqnozu ilə xəstəxanaya gətirilən yeniyetmənin vəziyyəti orta ağırdır.

Açar sözlər:

Oxunub: 250