Müdafiə xərcləri artırılır


17:56     23 Oktyabr 2018 ordumuz4.jpg

Azərbaycanda 2019-ci ilin dövlət büdcəsindən müdafiə sahəsi üçün ayrılan vəsaitin məbləği açıqlanıb.


Femida.az xəbər verir ki, 2019-cu il dövlət büdcəsi zərfində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait 3 milyard 37 milyon 618 min manat təşkil edir. Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1 milyard 494 milyon manat, milli təhlükəsizlik üçün 156 milyon 989 min manatdır.

Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2,8 milyon manat, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə təqribən 1,4 milyard manat nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 2.739 milyard manatın ayrılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 330