Gələn il 34 şəhər və rayona dotasiya ayrılmayacaq
18:49 23 Oktyabr 2018
"019-cu ilin dövlət büdcəsindən 8 şəhərə və 26 rayona dotasiya ayrılmayacaq.
Femida.az xəbər verir ki, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Belə ki, 2019-cu il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 736,8 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci il ilin müvafiq göstəricisi ilə müqayisədə 83,4 milyon manat və ya 12,8 faiz çoxdur.
2019-cu ildə Azərbaycanın 8 şəhəri (Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax) və 26 rayonu (Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı) xərclərini öz gəlirləri hesabına təmin edəcək.
Femida.az
Oxunub: 444
Oxşar xəbərlər
- Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI
- Gələn ay bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq
- Gələn aydan Bakı-Şarm Əl-Şeyx reysi açılır
- Gələn ay Azərbaycanda 9 gün iş olmayacaq
- Gələn həftə şagirdlərin yerdəyişməsi dayandırılacaq
- Gələn il faiz dəhlizi parametrlərinə dair qəbul ediləcək qərarların qrafiki açıqlanıb
- Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
- Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
- Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
- Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb