Miqrasiya Xidməti səyyar xidmət təşkil edib


17:59     23 Oktyabr 2018 2018/10/5bcf1-3080603666_1540303205.jpg

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan İsmayıllı rayonunun İvanovka, Ruşan və Qalagah kəndlərində növbəti səyyar xidmət təşkil olunub.


DMX-dan Femida.az-a verilən xəbərə görə, xidmət göstərilən vətəndaşlardan 1 nəfərə daimi və 2 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 4 nəfərə isə ölkədə müvəqqəti yaşamaq icazəsi almaq məqsədilə tələb olunan sənədlərin adlı siyahıları təqdim edilib.



Mütəmadi olaraq səyyar xidmətin təşkil edilməsinin əsas məqsədi ucqar kəndlərdə yaşayan, sosial və sağlamlıq imkanlarına görə bilavasitə regional idarələrə müraciət etməkdə çətinlik çəkən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyət istiqamətinə uyğun olaraq müraciətlərinin qəbulunu yerində və operativ şəkildə cavablandırılmasını həyata keçirməkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 666