Prezident Qobustanda yol tikintisinə 6,4 milyon manat ayırdı


19:56     23 Oktyabr 2018 345135_456625serencam.jpg

Prezident İlham Əliyev Qobustan rayonunun Qobustan-Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az-ın məlumatına görə, sərəncamla beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 348