Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq müzakirələri olub


20:16     23 Oktyabr 2018 18_10_23_1540311466.jpg

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 23-də Tel-Əviv şəhərində İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 526